"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Kriştianu Ronaldunun klubda gələcəyi ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, 52 yaşlı mütəxəssis mətbuat konfransında ulduz futbolçunun onun planlarına daxil olduğunu vurğulayıb:
“Bir daha təkrar edirəm ki, Ronaldu bizim planlarımıza daxildir. "Brentford"a uduzduqdan sonra o, diqqət mərkəzindədir. Bilmirəm niyə belədir. Ronaldu bizim layihəmizin bir hissəsidir".
Emin