Erik ten Haq son nöqtəni qoydu

Erik ten Haq son nöqtəni qoydu

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq futbolçu Kazemironun klubdakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

Fanat.Az AS-a istinadən xəbər verir ki, o, 32 yaşlı yarımmüdafiəçinin Mançester təmsilçisində qalacağını deyib: 

"Onun klubdan ayrılacağına dair heç bir əlamət görmürəm və biz buna çox şadıq!".

Bundan əvvəl mətbuatda Səudiyyə Ərəbistanı klublarının braziliyalı futbolçu ilə maraqlandığı yazılmışdı.

Kazemiro ötən mövsüm bütün yarışlarda 32 matçda iştirak edib və 5 qol vurub və 3 qolun ötürməsini verib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər