Aprelin 21-də "Mançester Yunayted"in baş məşqçisi təyin edilən Erik ten Haq maraqlı ilkə imza atıb.
Fanat.Az xəbər verir ki, o, İngiltərə nəhənginin ilk keçəl çalışdırıcısı kimi tarixə düşüb.
MY-nin öncəki baş məşqçiləri, hətta 1969-1970 aralığında "qırmızı şeytanlar"a rəhbərlik etmiş Uilf Makginnesi də keçəl saymaq olmaz.
Xatırladaq ki, ten Haq fəaliyyətə cari mövsümün sonunda başlayacaq. O, 3+1 illik sözləşməyə imza atıb.
Nihat