Ərəblər Lodini də aparır - Qattuzo təsdiqlədi

Ərəblər Lodini də aparır - Qattuzo təsdiqlədi

"Olimpik Marsel"in baş məşqçisi Cennaro Qattuzo komandasının sol cinah müdafiəçisi Renan Lodinin Səudiyyə Ərəbistanı klubuna keçmək üzrə olduğunu təsdiqləyib.

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis "Əl-Hilal"ın Lodiyə elçi düşdüyünü və hazırda tərəflərin danışıqları davam etdirdiyini bildirib.

Qattuzonun dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Hə, danışıqlar davam etdirilir. Risk etmək istəmədiyimiz üçün son çempionat oyununda onu meydana buraxmamaq qərarına gəldik. Hazırda Lodi barədə yalnız bunu deyə bilərəm". 

Daha öncə "Əl-Hilal"ın bu transfer üçün Fransa təmsilçisinə 20 milyon avro ödəməyə hazır olduğu barədə məlumatlar dərc edilib.

Qeyd edək ki, Lodi cari mövsüm "Marsel" forması ilə bütün turnirlərdə 23 matça çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər