Ərəblər Cerrardı da apardılar - RƏSMİ

Ərəblər Cerrardı da apardılar - RƏSMİ

"Aton Villa"nın və "Reyncers"in sabiq çalışdırıcısı, İngiltərə futbolunun canlı əfsanələrindən olan Stiven Cerrard məşqçilik karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Fanat.Az xəbər verir ki, ingilis mütəxəssis "Əl-İttifaq"ı çalışdıracaq.

Məlumatı klubun rəsmi saytı yayıb. 

Cerrard ötən ilin oktyabrında "Aston Villa"dan qovulandan bəri işsiz idi.

"Əl-İttifaq" son Səudiyyə Ərəbistanı çempionatını turnir cədvəlinin 8-ci sırasında başa vurub. Cerrardı əvəzləyən Unai Emerinin rəhbərliyi altında "Aston Villa"da  İngiltərə Premyer Liqasını 7-ci pillədə tamamlayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər