Ərəblər 23 yaşlı ulduzu da aparır

Ərəblər 23 yaşlı ulduzu da aparır

"Lill"in 23 yaşlı hücumçusu Conatan Devid karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Xəbərə görə, Devidin xidmətində "Əl-Hilal" klubu maraqlıdır. Mənbə klubların hazırda danışıq apardığını və sözügedən forvardın iş yerini dəyişmək ehtimalının yüksək olduğunu açıqlayıb.

Qeyd edək ki, Devid ötən mövsüm "Lill" forması ilə bütün turnirlərdə 40 oyuna çıxaraq 26 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər