Rusiya millisinin baş məşqçisi dəyişə bilər.
Fanat.Az xəbər verir ki, AVRO-2020-də uğursuzluq yaşayan seçmənin hazırki baş məşqçi Stanislav Çerçesovun postunu tərk edəcəyi gündəmdədir.
"Çempionat" ("Чемпионат.com") saytının yaydığı xəbərə görə, İsverçə millisinin çalışdırıcısı Vladimir Petkoviç Rusiya yığmasının baş məşqçisi postuna real namizəddir.
Qeyd edək ki, Petkoviç 2014-cü ildən İsverçə millisində çalışır. Komanda onun rəhbərliyi altında AVRO-2020-nin 1/4 final mərhələsinə qədər irəliləyib.
Röya