Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) öz saytında ən bahalı heyətə sahib klubların yenilənmiş siyahısını təqdim etdi.
Fanat.Az xəbər verir ki, araşdırma Avropanın ilk beş liqası - İngiltərə Premyer Liqası, İspaniya Liqası, Almaniya Bundesliqası, İtaliya A Seriyası və Fransa Liqa 1-də çıxış edən komandalar arasında aparılıb.
Oyunçularının ümumi dəyəri 1,28 milyard avro olan "Mançester Siti" ən bahalı heyətə malikdir. İlk üçlüyə "Mançester Yunayted" (1,2 milyard avrodan çox) və "Çelsi" (900 milyon avrodan çox) da daxil olub.
İlk "10"luqda yer alan komandaların siyahısı belədir:
1. "Mançester Siti" (İngiltərə) - 1.280 milyard avro 2. "Mançester Yunayted" (İngiltərə) - 1.214 milyard avro 3. "Çelsi" (İngiltərə) - 946 milyon avro 4." Barselona" (İspaniya) - 896 milyon avro 5. "Bayern Münhen" (Almaniya) - 890 milyon avro 6. "Liverpul" (İngiltərə) - 868 milyon avro 7. "Real Madrid" (İspaniya) - 846 milyon avro 8. PSJ (Fransa) - 808 milyon avro 9. "Borussiya Dortmund" (Almaniya) - 687 milyon avro 10. "Atletiko Madrid" (İspaniya) - 662 milyon avro
Emin Şəmsiyev