Rəhbərliklə görüş zamanı Mahir Emrelinin daha aşağı qiymətə satılmasını və həmin məbləğə yeni forvard alınmasını təklif edən "Legiya"nın baş məşqçisi Aleksandr Vukoviç açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, "TVP Sport" Varşava təmsilçisinin çalışdırıcısının söylədiklərini belə çatdırıb:
"Mahir bizimlə olmasa da, klubla müqaviləsi var. İndiki durumda yeni oyunçu transfer etmək asan iş deyil. Reallıq budur ki, hazırda komandada olanlarla kifayətlənməliyik. Pekhart, Lopes, Vlodarçik və Rosolek "Legiya"nın uğurları üçün meydanda çox iş görə biləcək futbolçulardır. Bu gün Mahirdən başqa hücumçumuz olmadığını əsas gətirərək düşdüyümüz durumdan şikayətlənmək fikrində deyiləm. Təbii ki, müəyyən planlarımız var".