Emrelinin komandasından ilk məğlubiyyət

Emrelinin komandasından ilk məğlubiyyət

Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo Zaqreb" bu gün Xorvatiya çempionatında növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Zaqreb təmsilçisi XV turun görüşləri çərçivəsində səfərdə "Osiek"in qonağı olub.

Matçda 0:1 hesabı ilə uduzan "Dinamo" bu mövsüm ölkə çempionatında ilk məğlubiyyəti ilə üzləşib. Emreli oyuna 70-ci dəqiqədə daxil olub.

Qeyd edək ki, "Dinamo" hazırda 35 xalla liderdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər