Emrelinin komanda yoldaşı “Legiya"dan gedir

Emrelinin komanda yoldaşı “Legiya"dan gedir
Zaqreb "Dinamo” ilə matç Josip Juranovicin "Legiya” formasında son oyunu ola bilər. 
Fanat.Az-ın məlumatına görə, belə bir iddia ilə xorvatiyalı jurnalist İzak Ante Suciç çıxış edib. O, özünün "Tvitter” səhifəsində bu barədə "Legiya” azarkeşləri üçün şok effektli paylaşım edib. Germanijak.hr saytının əməkdaşı bildirib ki, futbolçu  Şotlandiya "Seltik"inin təklifini qəbul edib.
Germanijak.hr portalının jurnalisti İzak Ante Suciç "Legiya”nın da xorvat futbolçunun transferinə razılıq verdiyini deyib. İddiaya görə, yeni klubu onun üçün 3 milyon avrosundan keçəcək. 
Josip Juranović "Legiya"da ötən mövsümdən çıxış edir. O, bu müddətdə 40 matçda meydana çıxaraq, bir qol vurub və on assist edib. 
Emrelinin komanda yoldaşı “Legiya"dan gedir Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər