Çempionşipdə nə baş verir? - FOTOLAR

Çempionşipdə nə baş verir? - FOTOLAR

İngiltərənin ikinci divizionu sayılan Çempionşip dünya futbolunda aşağı liqalar arasında ən azarkeş kütləsinə sahib turnirdir. 

Fanat.Az liqada baş verən maraqlı hadisələri və turnir cədvəlinin son durumunu təqdim edir: 

Çempionatın 23 turundan sonra Marku Silvanın çalışdırdığı "Fulhem" klubu 45 xalla turnir cədvəlində liderliyini qoruyub saxlamaqdadır. Turnirə olduqca iti başlayan "Bornmut" isə ikinci yerdədir və liderdən 2 xal geri qalır.

Çempionşipdə nə baş verir? - FOTOLAR

Çempionşipdə nə baş verir? - FOTOLAR

Serbiya millisinin və "Fulhem"in hücumçusu Aleksandr Mitroviç 23 oyuna vurduğu 22 qolla bombardirlər siyahısına başçılıq edir: 

Aleksandr Mitroviç (Fulhem) - 22 qol Ben Brereton Diaz (Blekbern) - 19 Dominik Solanke (Bornmut) - 16

Çempionşipdə nə baş verir? - FOTOLAR

Məhsuldar ötürmələri sayında isə iki futbolçu liderdir: 

Con Svift (Redinq), Rayan Cils (Kardiff) - 9 ötürmə Sorba Tomas (Hadersfild) - 8 Hari Uilson (Fulhem), Co Rotuell (Blekbern) - 7

Noyabr ayının ən yaxşı oyunçusu və məşqçisi mükafatlarını "Kuinz Park Reyncers"in hücumçu Kris Uillok və baş məşqçi Mark Uarbörton alıb.

Çempionşipdə nə baş verir? - FOTOLAR

Hazırda komandalarda koronavirus epidemiyası aşkarlandığından bir neçə oyun təxirə salınıb. Turnirin növbəti oyunları dekabrın 26-na planlaşdırılır.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər