"Bayern Münhen"in baş məşqçisi Tomas Tuxel komandasının Bundesliqanın 27-ci turunda Dortmund "Borussiya"sına uduzduğu görüşdən (0:2) sonra açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, "Bild" onun sözlərini belə çatdırıb:
"Bayer Leverkuzen"i təbrik edirəm. Çempionluq uğrunda mübarizə başa çatdı".
Qeyd edək, 60 xalı olan "Bayern Münhen" Bundesliqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Münhen təmsilçisi lider "Bayer"dən 13 xal geri qalır.