Çempion Mendi Dubayda belə qarşılandı - VİDEO

Çempion Mendi Dubayda belə qarşılandı - VİDEO

Seneqal millisi ilə Afrika Millətlər kubokunun qalibi olan Eduard Mendi klubu "Çelsi"nin heyətinə geri dönüb. 

Fanat.Az xəbər verir ki, o, Dubayda olan komandanın heyətinə qoşulub. 

"Çelsi"nin futbolçuları Mendini çempion olması münasibəti ilə təbrik ediblər.

Həmin anın videogörüntüsünü təqdim edirik: 

Xatırladaq ki, "Çelsi" klublararası dünya çempionatında iştirak etdiyi üçün hazırda BƏƏ-dədir. London təmsilçisi bu gün Bakı vaxtı ilə saat 20:30-da turnirin yarımfinal oyunu çərçivəsində "Əl-Hilal" komandası ilə qarşılaşacaq.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər