Emin Mahmudov tənqidlərdən danışdı

Emin Mahmudov tənqidlərdən danışdı

"Millinin oyunları ilə bağlı sosial şəbəkələrdə bizə yazırlar və narazılıqlarını bildirirlər. Hər matçda uduzmaq bizə də xoş deyil".

Fanat.Az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Qətər yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

29 yaşlı yarımmüdafiəçi uzun müddət qələbə qazanmadıqlarını bildirib: "Futbolumuz inkişaf etsə, biz də inkişaf edəcəyik. Bunun isə bir səbəbi yoxdur".

Qeyd edək ki, noyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Qətər matçı saat 21:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər