Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram" - FOTO

Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram" - FOTO

"Neftçi"nin kapitanı Emin Mahmudov  uğursuz mövsümə görə azarkeşlərdən üzr istəyib.

Fanat.Az xəbər verir ki, o, "Instagram" səhifəsindəki paylaşımında bu barədə yazıb:

"Dəyərli "Neftçi" azarkeşləri! Neçə gündür ki, sizə yazmaq istəyirəm. Lakin indi özümdə güc və inam tapıb sizə yazıram. Bilirəm ki, bu dəqiqə çox üzgünsünüz. Gözləntilərinizi qarşılaya bilmədik. İstədiyimizi, istədiyinizi verə bilmədik. Bilməyinizi istəyirəm ki, nəinki son oyuna görə, ümumi mövsümə görə çox utanıram. Sizlər bu nəticəyə layiq deyilsiniz. "Neftçi" ailəsinin kapitanı olaraq sizə, bunları yaşatdığımıza görə üzr istəyirəm!"

Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram" - FOTO Xatırladaq ki, "Neftçi" mövsümü 56 xalla 5-ci pillədə başa vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər