Emerinin postu ona tapşırıldı

Emerinin postu ona tapşırıldı

İspaniya "Vilyarreal"ının yeni baş məşqçisi bəlli olub.

Fanat.Az xəbər verir ki, komandanın başına Kike Setyen keçib. 

Məlumatı klubun rəsmi saytı yayıb. 

64 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, ispaniyalı baş məşqçi bu vəzifədə İngiltərənin "Aston Villa" komandasının sükanı arxasına keçən Unay Emerini əvəzləyib.

Xatırladaq ki, Kike Setyen 2020-ci ildə "Barselona"dan ayrıldıqdan sonra işsiz idi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər