Eltac Səfərli beynəlxalq turnirin qalibi olub

Eltac Səfərli beynəlxalq turnirin qalibi olub
Serbiyada keçirilən beynəlxalq turnirdə Azərbaycan şahmatçısı Eltac Səfərli uğurla çıxış edib.
Fanat.Az xəbər verir ki, şahmatçımız 6 xalla bütün rəqiblərini qabaqlayaraq turnirin qalibi olub.
 
İkinci yeri Eltacla eyni xalı yığan, ancaq əlavə göstəricilərə görə ondan geri qalan Aleksey Polçikov tutub. Üçüncü pillədə isə 5,5 xalla monteneqrolu Draqan Kosic qərarlaşıb.
İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarət olub.
 
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər