Elnurə də bacarmadı

Elnurə də bacarmadı

Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova üçün Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində uğur qazana bilməyib.

Fanat.Az xəbər verir ki, 53 kq çəki dərəcəsində mübarizəyə qoşulan idmançı təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi Veronika Ryabolovaya uduzub.

Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, daha əvvəl Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər