Elmar Baxşıyev istefa verdi 

Elmar Baxşıyev istefa verdi 

“Qəbələ” komandasının baş məşqçisi Elmar Baxşıyev postundan gedib.

Fanat.Az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, klub rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib.

2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulunda baş məşqçisi kimi çalışan Baxşıyev 2018-ci ildən əsas komandada işləyib.

2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib. Komanda onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub. “Qəbələ” Baxşıyevin rəhbərliyi altında 2022/2023 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər