Əlizadə oynamadı, komandası...

Əlizadə oynamadı, komandası...

Futbol üzrə Latviya çempionatında 3-cü turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Asim Əlizadənin formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Valmiera” ilə qarşılaşıb. Əlizadənin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. "Neftçi"nin yetirməsi olan Asim bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. Üç turdan sonra 4 xalı olan “Dauqavpils” 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər