Əliyev olimpiadaya lisenziya qazana bilməməsinin səbəbini açıqladı

Əliyev olimpiadaya lisenziya qazana bilməməsinin səbəbini açıqladı

Azərbaycan boksçusu Sərxan Əliyev (71 kq) İtaliyanın Busto Arsizio şəhərində keçirilən Dünya Olimpiya Təsnifat Turnirinin 1/4 final mərhələsində məğlub olaraq Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməməsinin səbəbini açıqlayıb.

Fanat.Az xəbər verir ki, 26 yaşlı idmançı bununla bağlı sosial şəbəkə vasitəsilə paylaşım edib.

Zədə almış qaşının şəklini paylaşan Əliyev uğursuz nəticəni məhz bununla əlaqələndirib: “İlk döyüşdə qaşımdan ağır zədə aldım və 4 görüşümü belə keçirməli oldum. Hər döyüşdə zədə daha da böyüyürdü. Çətin də olsa, bunun öhdəsindən gələ bildim və bir-birindən yaxşı qələbələr qazandım”.

Xatırladaq ki, Sərxan Əliyev 1/4 finalda Qazaxıstan təmsilçisi Aslanbek Şimberqenova məğlub olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər