Eldar oynadı, Rüstəm hanı?

Eldar oynadı, Rüstəm hanı?

Futbol üzrə Ukrayna Premyer Liqasında 9-cu turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçuların – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” da növbəti matçına çıxıb.   Sözügedən kollektiv öz meydanında “Lvov”a 1:2 hesabıyla yenilib.   Zədədən əziyyət çəkən Rüstəmin adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. Eldar isə 90 dəqiqə meydanda olub. O, 72-ci dəqiqədə sarı vərəqə alıb.   9 tura 6 xal toplayan “Minay” turnir cədvəlində 16 kollektiv arasında 14-cü pillədə mövqe tutub. Komandanın ehtiyatda da əvvəlki turlardan təxirə salınmış bir oyunu var.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər