PSJ-nin hücumçusu Kilian Mbappe (Kylian Mbappe) cari transfer pəncərəsində "Real Madridə" a keçmək niyyətindədir
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Josep Pedrerol şəxsi "Twitter" səhifəsində məlumat yayıb.
Mənbənin məlumatına görə Mbappe transferin mümkün qədər tez baş tutmasını istəyir.
Futbolçu bu barədə mətbuata heç bir açıqlama vermək niyyətiində deyil. Bunun əvəzinə klubun prezidenti Nasser Əl-Xelayfi ilə görüş təyin edib "Real"a keçidini müzakirə etmək istəyir. Klub prezidenti isə söhbətin nədən gedəcəyini bilərək buna vaxt ayırmaq niyyətində deyil.
Xatırladaq ki, fransız hücumçunun PSJ ilə hazırkı müqaviləsi gələn ilin yayında bitir.
Emin Şəmsiyev