Əl-Şaaravidən qeyri-adi göstərici

Əl-Şaaravidən qeyri-adi göstərici

İtaliya A Seriyasının 33-cü turunda səfərdə "Napoli" ilə heç-heçə edən (1:1) "Roma"nın bərabərlik qolunu matçın 90+1-ci dəqiqəsində Stefan Əl-Şaaravi vurub.

Fanat.Az xəbər verir ki, bu, onun cari mövsümdə üçüncü qolu olub. 

29 yaşlı hücumçu hər üç qolu 90-cı dəqiqədən sonra, hakimin əsas vaxta artırdığı dəqiqələrdə vurub. Maraqlıdır ki, Stefan bu görüşlərdə sonradan meydana çıxaraq fərqlənib.

A Seriyasının cari mövsümündə Əl-Şaaravidən başqa heç kim 90-cı dəqiqədən sonra 3 dəfə fərqlənə bilməyib. Beləliklə, o, bu göstəricidə liderdir.

Əl-Şaaravi 2021-ci ilin yanvarından "Roma"da çıxış edir. Hücumçu bu mövsüm komandasında 22 oyun keçirib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər