"El Klassiko" öncəsi dava və həbs

"El Klassiko" öncəsi dava və həbs

Madrid polisi bazar günü keçirilən "El Klassiko"dan əvvəl "Barselona"nın prezidenti Xuan Laportanın oğlunu həbs edib.  

Fanat.Az xəbər verir ki, bu barədə "La Vanguardia" məlumat yayıb. 

Gillem Laporta oyundan əvvəl sevgilisi ilə yaxınlıqdakı restoranlardan birində nahar edərkən aralarındakı dava düşüb. Həmin vaxt dəbdəbəli restoranda İspaniyanın nazirlərindən biri də olub. Asayiş keşikçiləri dərhal müdaxilə edərək sərxaş olan oğul-Laportanı polis idarəsinə aparıblar. 

Mənbə onu da qeyd edib ki, dindirilmə zamanı sevgilisi də onu müşaiyət edib və Gillemin aqressiv davranışından şikayətçi olmadığını bildirib. Belədə "Barselona"nın prezidentinin oğlu sərbəst buraxılıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər