Əfsanəvi Brüs Linin "Əjdaha pəhrizi" - FOTOLAR

Əfsanəvi Brüs Linin "Əjdaha pəhrizi" - FOTOLAR

Əfsanəvi döyüş ustası, təlimatçı, filosof, rəqqas, aktyor və rejissor Brüs Li istedadı ilə yanaşı ideal bədən quruluşu ilə də özündən bəhs etdirib.

Fanat.Az xəbər verir ki, Brüs Li bu nəticəni düzgün qidalanma və yorucu məşqlər sayəsində əldə edib.

Qısa, lakin inanılmaz dərəcədə aktiv həyat sürən Brüs pəhriz qaydalarına ciddi riayət edib. Hətta o, öz pəhrizində müxtəlif növ məhsullarla təcrübə aparıb və klassik bodibildinq menyusunu Çin mətbəxi ilə birləşdirib.

Linin tərtib etdiyi “Əjdaha pəhrizi” səkkiz qaydadan ibarətdir. 

1. Un məmulatlarından çəkinin.

Əfsanəvi Brüs Linin "Əjdaha pəhrizi" - FOTOLAR

Brüs un məmulatlarını menyusundan tamamilə silməyib, ara-sıra məcbur qaldığı anlarda onları yeməli olub. Belə ki, döyüşçü qonaq getdiyi məclislərdə ev sahibinə nəzakət göstərmək xatirinə un məmulatları yeyib.

Əfsanəvi Brüs Linin "Əjdaha pəhrizi" - FOTOLAR

Ancaq onun pəhrizinin əsas qaydalarından biri o olub ki, orqanizmə faydası olmayan kaloriləri qəbul etməyəsən.

2. Çin yeməyi yeyin

Əfsanəvi Brüs Linin "Əjdaha pəhrizi" - FOTOLAR Çin mətbəxi olduqca genişdir və yeməklər arasında insan orqanizminə olduqca faydalı qidalar var.

Brüs xüsusilə midiya sousunda və soya pendiri ilə bişmir mal ətini istifadə edib. Çünki bu yeməklər olduqca dadlı və proteinlə boldur.

Qeyd etmək lazımdır ki, Li steyk və qaraciyəri çox sevsə də, Avropa mətbəxində yağın çox olduğunu düşündüyü üçün mütəmadi istifadə etməyib. Kino ulduzu tərkibində bol miqdarda karbohidrat və B vitamini olduğu üçün düyüdən daha çox istifadə edib.

Əfsanəvi Brüs Linin "Əjdaha pəhrizi" - FOTOLAR

3. Süddən uzaq durun

Əfsanəvi Brüs Linin "Əjdaha pəhrizi" - FOTOLAR Brüs Li süd məhsullarını "Əjdaha pəhrizi"ndən demək olar ki, olaraq çıxarıb. Döyüşçü südü yalnız zülal kokteyli ilə qarışdıraraq quru formada içib.

4. Daha az porsiyalarla daha çox yemək Bu üsul günümüzdə çox populyardır. Çinli aktyor həmişə buna sadiq qalıb. Proses çox sadədir: tez-tez və az yeyin ki, orqanizmin ehtiyatda yağ saxlamağa vaxtı olmasın. Aclıq hiss etməyinizə qədər gözləmək lazım deyil.

Əfsanəvi Brüs Linin "Əjdaha pəhrizi" - FOTOLAR

O, gün ərzində 3 dəfə yox, 5 dəfə bərabər miqdarda yemək yeyib. Porsiyalar kiçik olub və arasında daha çox meyvə çeşidləri yer alıb.

5. Protein kokteylləri için.

Əfsanəvi Brüs Linin "Əjdaha pəhrizi" - FOTOLAR Süd tozu, yumurta, buğda rüşeymləri, fıstıq yağı, banan, pivə mayası, inositol və lesitindən ibarət gündəlik protein kokteylləri Linin menyusunun bir hissəsidir. 

6. Qida əlavələri qəbul edin.

Əfsanəvi Brüs Linin "Əjdaha pəhrizi" - FOTOLAR Brüs qida əlavələri qəbul etməyin tərəfdarı olub. Döyüşçünün menyusunda C vitamini, lesitin qranulları, arı tozcuqları, E vitamini, itburnu siropu, həmçinin yemişan yer alıb.

7. Karbohidratlar qəbul edin

Əfsanəvi Brüs Linin "Əjdaha pəhrizi" - FOTOLAR İnsan nə qədər aktivdirsə, bir o qədər çox enerji sərf edir. Buna görə də onun yerini doldurmaq lazımdır. Bu səbəbdən idmançı daim təzə meyvə və tərəvəzlərdən hazırlanmış kokteyllərdən istifadə edib.

8. Bal və jenşen yeyin

Əfsanəvi Brüs Linin "Əjdaha pəhrizi" - FOTOLAR Döyüş ustası hesab edirdi ki, jenşen insan orqanizminə gücü bərpa edən və qan dövranını yaxşılaşdıran “yanq” enerjisi verir. Balın faydalarından danışmağa dəyməz. Brüs bu məhsullardan "cərəyan yığmaq" üçün istifadə edib.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər