Milan "İnter"inin hücumçusu Edin Ceko İngiltərəyə qayıtmağa yaxındır.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, daha öncə "Mançester Siti"nin uğurları üçün çalışmış bosniyalı forvardın xidmətində "Everton" və "Vulverhempton" maraqlıdır.
Xəbərə görə, "İnter" hazırda azad agent statusu daşıyan argentinalı hücumçu Paulo Dibala ilə müqavilə bağlamaq üçün 36 yaşlı futbolçu ilə vidalaşmağa hazırdır.
Xatırladaq ki, Cekonun Milan təmsilçisi ilə olan müqaviləsinin müddəti gələn ilin yayına qədərdir. "İnter"ə 2021-ci ilin yayında "Roma"dan transfer edilən Edin son mövsümdə qara-göy forma ilə ümumilikdə 49 matça çıxıb. Bu qarşılaşmalarda 17 qol vuran Bosniya və Herseqovina millisinin üzvü 10 məhsuldar ötürmə ilə də yadda qalıb.
Nihat