Ederson, yoxsa Alisson?

Ederson, yoxsa Alisson?

"Liverpul"un qapıçısı Alisson Beker "quru" oyunların sayına görə "Mançester Siti"nin qolkiperi Edersona çatıb.

Fanat.Az xəbər verir ki, mersisaydlıların "çərçivə" qoruyucusu Premyer Liqada "Arsenal"a qarşı təxirə salınmış matçda (2:0) qapısını toxunulmaz saxlayaraq MS-dəki həmyerlisinin uğurunu təkrarlayıb.

Premyer Liqanın 32-ci turu çərçivəsində "Mançester Siti" "Etihad" stadionunda "Liverpul"u qəbul edəcək. "Liverpul" hazırda 69 xalla ikinci yerdədir və lider “şəhərlilər”dən 1 xal geridə qalır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər