"Real"ın vinqeri Eden Azar optimal fiziki formasından uzaqdı.
Fanat.Az AS-a istinadən xəbər verir ki, Azarın ayaq biləyində hələ də ağrılar var. Ötən gün belçikalı futbolçu "Real"ın məşqində iştirak etsə də, mini-oyun formatındakı çalışmalar zamanı meydançanı tərk edib.
Bu səbəbdən Azarın "Alaves"lə oynanılacaq matçı da buraxacağı gözlənilir. 29 yaşlı oyunçu "Xetafe" və "Atletiko" ilə oyunlarda komandasına kömək edə bilməmişdi.
Fanat.Az