Eddi İsrafilov ikinci oyununda da “fərqləndi”

Eddi İsrafilov ikinci oyununda da “fərqləndi”
İspaniya Sequndasında XXV turun oyunları davam edir. Fanat.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Kordoba" bu turda evdə "Saraqosa"yla qarşılaşıb.
 
Eddi meydana qonaqlar hesabda 2:0 öndə olarkən, oyunun 55-ci dəqiqəsində çıxıb. Ancaq millimizin üzvü komandasını məğlubiyyətdən xilas edə bilməyib. Qarşılaşma 2:0 hesabıyla "Saraqosa"nın qələbəsiylə yekunlaşıb.
 
İsrafilov oyunun 60-cı dəqiqəsində sarı vərəqə alıb. Millimizin üzvü ötən oyunda da sarı vərəqə ilə cəzalandırılmışdı.
 
Hazırda hesabında 40 xal olan "Kordoba" 4-cü pillədə qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər