"Ədalətsiz nəticədir, daha artığına layiq idik"

"Ədalətsiz nəticədir, daha artığına layiq idik"

"Benfika"nın müdafiəçisi Antoniu Silva Çempionlar Liqasının 1/4 finalının ilk oyunları çərçivəsində keçirilən matçda "İnter"dən aldıqları 0:2 hesablı məğlubiyyəti şərh edib.

Fanat.Az xəbər verir ki, Silva fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:

"Ədalətsiz nəticədir. İlk yarıda bərabərsəviyyəli mübarizə getdi. İkinci yarıda isə qollar matçın gedişini dəyişdi. Onlar iki eyni qol vurdular. Biz rəqibin cinah müdafiəçilərinin uzaq dirəyin yaxınlığında fürsət gözləyəcəyini öncədən bilirdik. Ancaq unutmayaq ki, "İnter"in yüksək ustalıq səviyyəsinə malik futbolçuları var.  

Daha artığına layiq idik. Qol epizodlarımızı dəyərləndirə bilmədik. Heç-heçə ədalətli nəticə olardı. Ancaq bu, hələ mübarizənin ilk hissəsidir. Cavab qarşılaşmasında əsl "Benfika" kimi oynayacağıq. Hədəflərimizlə 0:2 uzlaşmır".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər