Rusiya yığmasının hücumçusu Artyom Dzyuba “Zenit”dən ayrılıb.
Fanat.Az xəbər verir ki, bu barədə Sankt-Peterburq klubunun rəsmi saytı rəsmi açıqlama yayıb.
Hücumçu "Zenit"lə müqaviləsinin müddətini uzatmaq istəməyib.
33 yaşlı forvard 2015-ci ildən “Zenit”də çıxış edirdi. O, yeddi il ərzində Piter təmsilçisində 249 oyunda 108 qol vurub və 71 məhsuldar ötürmə verib. Dzyuba “Zenit”də 4 dəfə Rusiya Premyer Liqasını, 2 dəfə ölkə kubokunu və 4 dəfə Superkuboku qazanıb.
Rusiya çempionatları tarixinin ən yaxşı bombardiri olan hücumçuya “Srvena Zvezda” və “Fənərbağça”nın maraq göstərdiyi deyilir.
Mirağa