Düşmənin məhv edilən döyüş texnikaları - SİYAHI

Düşmənin məhv edilən döyüş texnikaları - SİYAHI
Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunan istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.
Bu barədə Fanat.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 
Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.
 
Sentyabrın 27-dən oktyabrın 7-si saat 05.30-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:
 
- 250-dək tank və digər zirehli texnika;
 
- 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;
 
- 60-dək hava hücumundan müdafiə vasitələri;
 
- 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;
 
- 8 silah-sursat anbarı;
 
- 150-dək avtomobil texnikası;
 
- 1 ədəd "S-300” zenit-raket kompleksi.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər