"Barselona"nın yarımmüdafiəçisi Pedri La Liqanın 20-ci turundan təxirə salınan oyundan - "Osasuna" ilə ev matçından (1:0) sonra komandasının turnir cədvəlindəki vəziyyətindən danışıb.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" onun dediklərini belə çatdırıb:
"La Liqadakı durumumuz mürəkkəbdir, amma daha pisini görmüşəm. Sonadək çalışmalı, mübarizə aparmalıyıq. Klub buna layiqdir. Qarşıdakı oyunların hər birində 3 xal qazanmağı hədəfləməliyik".
Qeyd edək ki, 22 oyuna 47 xal toplayan "Barselona" hazırda La Liqanın turnir cədvəlində 4-cü pillədə mövqe tutub. Kataloniya təmsilçisi lider "Jirona"dan 8, 2-ci yerdə qərarlaşan əzəli rəqibi "real Madrid"dən isə 7 xal geri qalır.