Dünya üçüncüsü Fransa klubunda - RƏSMİ

Dünya üçüncüsü Fransa klubunda - RƏSMİ

Fransa təmsilçisi “Lion” rəsmi saytı vasitəsi ilə Xorvatiya millisinin üzvü Deyan Lovreni heyətinə qatdığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, 33 yaşlı müdafiəçi müddəti 2025-ci ilə qədər olan müqaviləyə imza atıb.

Zaqreb “Dinamo”sunun yetirməsi olan Deyan 2010-2013-cü illərdə də “Lion”da oynayıb. Daha sonra “Sauthempton”da bir, ardınca “Liverpul”da altı mövsüm keçirən arxa xətt oyunçusu 2020-ci ildən “Zenit” forması geyinirdi.

Qeyd edək ki, Lovren Xorvatiya seçməsi ilə DÇ-2018-də gümüş, DÇ-2022-də isə bürünc medal qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər