Dünya nəhəngindən İbrahimoviçə sürpriz təklif

Dünya nəhəngindən İbrahimoviçə sürpriz təklif
Kriştiano Ronaldonu "Yuventus"a satdıqdan sonra hücum xəttində problem yaşayan "Real" forvard transferi üçün hərəkətə keçib.
Fanat.Az "Bein Sports"a istinadən xəbər verir ki, "Kral Klubu"nun hədəfində iki ulduz futbolçu var. "Real" bu futbolçulardan birini böyük məbləğdə transfer haqqı ödəmədən heyətinə qatmağı planlaşdırır.
Bunlardan biri ABŞ-ın "Los Anceles Qalaksi" klubunda çıxış edən Zlatan İbrahimoviçdi. İsveçli ulduzla hazırda "Milan" da danışıqlar aparır. İddialara görə, İbrahimoviç özü "Real"a keçmək istəyir.
Hədəfdəki digər futbolçu isə Radamel Falkaodu. "Monako"nun uğursuz çıxışına görə komandada xoşbəxt olmayan kolumbiyalı forvard özü də İspaniyaya qayıtmaq istəyir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər