Dünya Kubokuna vəsiqələrin sayı 3-ə çatdı

Dünya Kubokuna vəsiqələrin sayı 3-ə çatdı

Azərbaycanın qadın şahmatçılarının 2023-cü ildə keçiriləcək Dünya Kubokuna vəsiqələrinin sayı 3-ə çatıb.

Fanat.Az xəbər verir ki, Çexiyanın paytaxtı Praqada keçirilən şəxsi Avropa çempionatında, müvafiq olaraq, gümüş və bürünc medallara sahib çıxan Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva bu uğur sayəsində həm də növbəti Dünya Kubokuna lisenziya qazanıblar.

Qeyd edək ki, daha əvvəl Gülnar Məmmədova yarışa vəsiqə əldə edib. O, buna ötənilki şəxsi Avropa çempionatında 6-cı yeri tutmaqla nail olub. Dünya Kubokunun 2023-cü ilin ikinci yarısında keçirilməsi planlaşdırılır. Dəqiq tarix, həmçinin yarışın keçiriləcəyi ölkə hələlik məlum deyil.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər