Dünya Kubokuna qatılacaq şahmatçılarımız açıqlandı

Dünya Kubokuna qatılacaq şahmatçılarımız açıqlandı
Rusiyanın Soçi şəhərində keçiriləcək şahmat üzrə Dünya Kubokunun bütün iştirakçıları açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytı məlumat yayıb. 
 
İyulun 10-da start götürəcək yarışa 206 kişi, 103 qadın şahmatçı qatılacaq.
Avqustun 8-dək davam edəcək Dünya Kubokunda Azərbaycan da təmsil olunacaq. Kişilərin mübarizəsində 2019-cu ildə keçirilmiş son Dünya Kubokunun qalibi Teymur Rəcəbov, reytinq favoritlərdən biri kimi Şəhriyar Məmmədyarov, yerli federasiyadan Vasif Durarbəyli və FIDE-nin vayld-kartı ilə Nicat Abbasov çıxış edəcək. Qadınların yarışında isə Avropadan Günay Məmmədzadə (2018), Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova (2019), yerli federasiyadan Gülnar Məmmədova iştirak edəcək.
Kişilər 1/128 finaldan, qadınlar 1/64 finaldan başlayaraq, olimpiya sistemi üzrə mübarizə aparacaqlar. Kişilərdən qalib və finalçı, qadınlardan 3 ən yaxşı iştirakçı Dünya Kubokuna vəsiqə qazanacaq.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər