Dünya çempionumuz rinqə çıxır

Dünya çempionumuz rinqə çıxır

Daşkənddə (Özbəkistan) boks üzrə böyüklər arasında dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, yarışın 8-ci günündə Azərbaycan millisinin üç idmançısı rinqə çıxacaq. Bunlar Tural Sarıyev (48 kq), Nicat Hüseynov (54 kq), Tayfur Əliyev (60 kq) və son dünya çempionatının qalibi Alfonso Dominqesdir (86 kq).

1/16 final 54 kq. Nicat Hüseynov - Po-Hau Hsu (Tayvan) 1/8 final 48 kq. Tural Sarıyev - Vittiçai Yuraçai (Tayland) 60 kq. Tayfur Əliyev - Vsevolod Şumkov (Rusiya) 86 kq. Alfonso Dominqes - Billi Makallister (Avstraliya)

Qeyd edək ki, daha əvvəl dünya çempionatında Məsud Yusifzadə (51 kq), Nəbi İsgəndərov (67 kq) və Məhəmməd Abdullayev (+92 kq) yoluna davam edir. Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev və Eldar Quliyev (92 kq) isə yarışda çıxışını tamamlayıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər