Dünya çempionumuz bir hindistanlını udub digərinə rəqib oldu

Dünya çempionumuz bir hindistanlını udub digərinə rəqib oldu

Azərbaycan güləşçisi Turan Bayramov Dünya Güləş Birliyinin (UWW) "Fantasy Wrestling" yarışmasında növbəti mərhələyə yüksəlib.

Fanat.Az xəbər verir ki, o, "Instagram" izləyicilərinə təqdim olunan 25 yaşadək güləşçilər arasında seçimin ilk raundunda hindistanlı Anşu Maliki üstələyib.

Gənclər arasında dünya və Avropa çempionatlarının qalibi olan 21 yaşlı pəhləvanın 1/4 finaldakı rəqibi daha bir Hindistan təmsilçisi - Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Ravi Kumardır.

Dünya çempionumuz bir hindistanlını udub digərinə rəqib oldu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər