Dünya çempionu fərqi qorudu

Dünya çempionu fərqi qorudu

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində norveçli hazırkı dünya çempionu Maqnus Karlsen və İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda 10-cu görüş keçirilib.

Fanat.Az xəbər verir ki, Karlsenin ağ fiqurlarla oynadığı partiya 41-ci gedişdə sülhlə yekunlaşıb. Bu nəticədən sonra hesab arasındakı fərq dəyişməyib. Karlsen 6,5:3,5 hesabı ilə rəqibini üstələyir.

Tərəflər arasında 11-ci qarşılaşma dekabrın 10-da olacaq. Bu dəfə Nepomnyaşi ağ fiqurlarla mübarizə aparacaq.

Şahmatçılar dekabrın 14-dək ümumilikdə 14 dəfə üz-üzə gələcəklər. Bu oyunların yekununda heç-heçə qeydə alınacağı təqdirdə, sürətli şahmat üzrə 4 partiya keçiriləcək. Yenə qalib müəyyənləşməsə, əvvəlcə 2, ehtiyac yaranarsa, daha 5 blits partiya oynanılacaq. "Sülh" davam etsə, "Armageddon"a müraciət olunacaq.

Qalib 1,2 milyon avro, məğlub tərəf 800 min avro qazanacaq.

Qeyd edək ki, Maqnus Karlsen 2013-cü ildə hindistanlı Vişvanatan Ananda qalib gələrək, karyerasında ilk dəfə dünya çempionluğuna yiyələnib. O, daha sonra 4 dəfə titulunu qoruyub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər