Dünya çempionatı təxirə salındı

Dünya çempionatı təxirə salındı

Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) Yaponiyanın Fukuoka şəhərində və Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatlarının təxirə salındığını elan edib.

Fanat.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 13-19 may 2022-ci ildə Yaponiyada keçirilməsi planlaşdırılan mundial 2023-cü ilin 14-30 iyul aralığında baş tutacaq. Qətərdəki yarış isə 2023-cü ilin noyabrından 2024-cü ilin yanvarına ertələnib.

Beynəlxalq federasiya qərarın Yaponiyadakı mövcud pandemiya vəziyyətinin nəzərə alınaraq qəbul edildiyini açıqlayıb.

Qeyd edək ki, su idmanı növləri üzrə sonuncu dünya çempionatı 2019-cu ildə Cənubi Koreyada keçirilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər