DÇ: Sərbəst güləşçilərimizin ilk rəqibləri bəlli oldu

DÇ: Sərbəst güləşçilərimizin ilk rəqibləri bəlli oldu

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında sabah sərbəst güləş üzrə mübarizəyə start veriləcək.

Fanat.Az xəbər verir ki, bu gün püşkatma mərasimi keçirilib və beləliklə, Azərbaycan təmsilçilərinin də ilk rəqiblərinin adına aydınlıq gəlib.

57 kq

Təsnifat. Əliabbas Rzazadə - Kim Sonqvon (Cənubi Koreya)

61 kq

1/8 final. İslam Bazarqanov - Reza Ahmadali Atreqanarçi (İran) / Beşir Alili (Şimali Makedoniya) cütünün qalibi

65 kq

1/8 final. Hacı Əliyev - Beka Lomtadze (Gürcüstan) / Aqustin Destribats (Argentina) cütünün qalibi

70 kq

Təsnifat. Coşqun Əzimov - Temulen Enktuya (Monqolustan)

74 kq

1/16 final. Turan Bayramov - Miroslav Kirov (Bolqarıstan)

79 kq

1/16 final. Əşrəf Aşırov - Erik Reinbok (Estoniya)

86 kq

Təsnifat. Abubakr Abakarov - Həsən Zəkəriyev (Ukrayna)

92 kq

1/8 final. Osman Nurmaqomedov - Straxinya Despiç (Serbiya) / Maksvell Lemar (Kosta Rika) cütünün qalibi

97 kq

1/8 final. Maqomedxan Maqomedov - Nişan Randhava (Kanada) / Erik Tilye (Almaniya) cütünün qalibi

125 kq

Təsnifat. Aydın Əhmədov - Den Çjivey (Çin)

Qeyd edək ki, ilk gündə Coşqun Əzimov, Əşrəf Aşırov, Abubakr Abakarov və Aydın Əhmədov mübarizə aparacaq. Sentyabrın 16-da Əliabbas Rzazadə, Turan Bayramov və Osman Nurmaqomedov, 1 gün sonra isə İslam Bazarqanov, Hacı Əliyev və Maqomedxan Maqomedov xalça üzərinə çıxacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər