ABŞ prezidenti Donald Tramp məşhur basketbolçu Lebron Ceymsin tənqidinə cavab verib.
Fanat.Az-ın məlumatına görə, ölkə başçısı tvitter hesabında belə yazıb: "İndicə Lebrondan televiziyanın ən axmaq adamı – Don Lemon müsahibə götürdü. O, elə etdi ki, Lebron ağıllı göründü. Bu isə sıradan hal deyil. Mənim xoşuma Maykl Cordan gəlir”.
Xatırladaq ki, sözügedən basketbolçu Trampı milli idmanı öz maraqları üçün istifadə etdiyini söyləmişdi. Ulduz idmançı "son vaxtlar hiss edirəm ki, prezident idmanı bizi parçalamaq üçün vasitəyə çevirib. Bunu sezdiyim halda susa bilmərəm” demişdi.
Fanat.Az