Donald Geryenin yeni klubu bəlli oldu

Donald Geryenin yeni klubu bəlli oldu

"Qarabağ" və "Neftçi"nin sabiq futbolçusu Donald Geryenin yeni klubu bəlli olub. 

Fanat.Az xəbər verir ki, haitili yarımmüdafiəçi karyerasını Polşanın "Veçista" komandasında davam etdirəcək.

Məlumatı Krakov təmsilçisinin rəsmi saytı yayıb. 

Xəbərə görə, Gerye ilə cari mövsümün sonunadək müqavilə imzalanıb. Sözləşmənin müddəti yayda daha 1 il uzadıla bilər.

32 yaşlı oyunçu 4-cü liqa klubunda 96 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, Donald Gerye 2017 - 2019-cu illərdə də "Qarabağ"ın şərəfini qoruduqdan sonra "Neftçi"yə keçib. O, 2020/2021 mövsümünün əvvəlində Ağdam klubuna qayıdıb. Futbolçunun son klubu Kipr "Apollon"u olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər