"Dmitri Nazarovdan yaxşıya doğru dəyişiklik gözləyirəm"

"Dmitri Nazarovdan yaxşıya doğru dəyişiklik gözləyirəm"

"Nazarov Düsseldorfda yerli komanda ilə keçirilən matçda özünü yaxşı tərəfdən göstərmədi və bu üzdən fasilədən sonra əvəzləndi”. Fanat.Az Almaniya mətbuatına istinadən xəbər verir ki, bunu "Aue”nin baş məşqçisi Hannes Dryus deyib.

 

II Bundesliqa təmsilçisinin formasını geyinən Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov "Nürnberq”lə (1:4) son tur matçını ehtiyatda keçirib. Buna səbəb kimi onun "Braunşveyq” (1:3) və "Düsseldorf”la (1:2) qarşılaşmaları zəif keçirməsi göstərilib.

 

Hannes Dryus yığmamızın üzvündən tezliklə əvvəlki formasını bərpa etməsini gözləyir: "Biz Nazarovu başqa səviyyədə görürük. O, vəziyyəti düzəltməlidi. "Nürnberq”lə son qarşılaşmada taktiki səbəbdən meydana çıxmadı. Nazarovdan yaxşıya doğru dəyişiklik gözləyirəm. Həftəsonu "İnqolştadt”la görüşdə onun üçün bir rol düşünürük. Bazar günü meydana çıxacaqmı? Bu, taktiki plandan asılı olacaq”.

 

Qeyd edək ki, "Aue” 21 turdan sonra 23 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər