Dmitri Nazarov het-trik etdi, komandası 29 qol vurdu

Dmitri Nazarov het-trik etdi, komandası 29 qol vurdu

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - “Ersgebirge” yeni mövsümə hazırlıq çərçivəsində iki sınaq matçına çıxıb. 

Fanat.Az xəbər verir ki, Aue təmsilçisi Layptsiq “Lokomotv”i ilə qarşılaşıb.   Oyun "Ersgebirge"nin 4:0 hesablı qələbəsi ilə bitib. Komandasını meydana kapitan sarğısı ilə çıxaran Nazarov 28-ci dəqiqədə penaltidən fərqlənərək hesabı açıb.   Auelilərin növbəti yoxlama görüşü “Leykersdorf”a qarşı baş tutub. "Ersgebirge" zəif rəqibinə 29 cavabsız qol vurub. Nazarov yenə komandasını meydana kapitan kimi çıxarıb və fasilədə əvəzlənib. İlk hissədə vurulan 14 qoldan üçünə Dmitri imza atıb. O, 8, 22 və 36-cı dəqiqələrdə fərqlənib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər