Dioqo Dalotdan təqdirəlayiq addım

Dioqo Dalotdan təqdirəlayiq addım

Portuqaliya millisinin və "Mançester Yunayted" müdafiəçisi Dioqo Dalot təqdirəlayiq addım atıb.

Fanat.Az xəbər verir ki, “Mançester Yunayted” azarkeşlərindən biri "Arsenal"la oyunda yaranmış qarışıqlıqla bağlı “Twitter”də şikayətini yazıb:

“Bu gün oğlumu həyatında ilk “Mançester Yunayted” oyununa gətirdim. Lakin görüşün bitməsini gözləmədən getməli olduq. "Arsenal" azarkeşlərinin atdığı qəpik onun başına dəydi. "Arsenal"in azarkeşlərinə "əhsən". Aşağı pillədə əlillər üçün nəzərdə tutulan sektora qəpik atırdılar”.

Dalot isə öz növbəsində azarkeşin bu sözlərinə biganə yanaşmayıb. Ona cavabında “Oğlunuzun başına gələnlərə görə üzr istəyirəm. Ümid edirəm ki, hazırda yaxşıdır! Sizi növbəti ev oyunumuza dəvət etməkdən məmnun olaram. İstəyirəm oğlunuz  futboldan zövq ala bilsin. Məlumatlarınızı verin, sizinlə əlaqə saxlayacağam", deyib.

Xatırladaq ki, növbəti tur "Mançester Yunayted" dekabrın 11-də "Vulverhempton"la qarşılaşacaq.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər