Diniyevin komandası səfərdən qələbə ilə döndü

Diniyevin komandası səfərdən qələbə ilə döndü

Türkiyənin 1-ci liqasında 12-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” bu turda “Şanlıurfaspor”un qonağı olub.

Diniyev 1:0 hesabıyla qalib gəldikləri bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. O, 20-ci dəqiqədə sarı vərəqə də alıb.

“Ümraniyəspor” hazırda 12 xalla 14-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər